Xəbərlər

Layihələr

Elanlar

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

HEYDƏR ƏLİYEV, Ümummilli lider

"Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşlar. Müstəqilliyimizin ilk illərində, çox ağır illərdə gənclər həmişə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışmışlar".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdır.

Gənclər günü,
Image Not found
Image Not found
Image Not found
Image Not found
Image Not found
Image Not found